Bakıya qayıdan təyyarə Ankaraya yola düşüb - YENİLƏNİB
29 fevral 2020 15:54 (UTC +04:00)

Bakıya qayıdan təyyarə Ankaraya yola düşüb - YENİLƏNİB

 

Bakı-Ankara aviareysi ilə uçan və texniki səbəbə görə Bakı aeroportuna geri qayıdan təyyarə Ankaraya yola salınıb.

 

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, təyyarə saat 13:00-da Ankaraya yola düşüb.

11:50

Bakıdan Ankaraya yerli vaxtla 10:35-də yola düşən "Azərbaycan Hava Yolları"nın (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, Bakı vaxtı ilə 11:05-də təyyarə Bakının hava limanına uğurlu eniş edib.

Məlumata əsasən, ilkin məlumata görə reys saat 12:30 qədər gecikir.

 

 

 

# 9161
avatar

Oxşar yazılar