Azərbaycanda olan koronavirus xəstəsinin vəziyyəti sabitdir - RƏSMİ
29 fevral 2020 10:22 (UTC +04:00)

Azərbaycanda olan koronavirus xəstəsinin vəziyyəti sabitdir - RƏSMİ

Azərbaycanda koronavirusa görə mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Lent.az-a daxil olan məlumatda bildirilir ki, karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir: “Sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hal-hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq. Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hal-hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir.

 

# 1852
avatar

Aygün İbrahimli

Oxşar yazılar