Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
28 fevral 2020 11:23 (UTC +04:00)

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

2020-2021-ci tədris ili üzrə müəllim olmaq istəyən namizədlər üçün qiymətləndirmə çərçivəsi  hazırlanıb. 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, qiymətləndirmə çərçivəsinə namizədlərin hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirən səriştələrin siyahısı, istifadə olunacaq tapşırıqların məzmun sahəsi, eləcə də çətinlik dərəcəsini müəyyənləşdirən qiymətləndirmə cədvəli daxildir. 

Bu çərçivənin hazırlanması hər bir fənn üzrə təklif ediləcək qiymətləndirmə vasitələrinin xüsusiyyətləri ilə tanışlıq məqsədi daşıyır. Həmin sənədlər müsabiqədə iştirak etmək istəyən namizədlər üçün bələdçi rolunu oynayacaq. 

# 5065
avatar

Oxşar yazılar