Məktəb və bağçalardakı dezinfeksiya koronavirusla bağlı deyil – RƏSMİ
28 fevral 2020 11:09 (UTC +04:00)

Məktəb və bağçalardakı dezinfeksiya koronavirusla bağlı deyil – RƏSMİ

“Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda koronavirus var. Bizim apardığımız dezinfeksiya işləri proflaktik tədbirlərdir və hər il bu cür işlər həyata keçirilir”.

Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov deyib.

Onun sözlərinə görə, hər mövsümdə məktəblər, məscid və bağçalarda, eləcə də ali təhsil ocaqlarının yataqxana və binaları dezinfeksiya edilir: “Hansı qurum ki, bizimlə dezinfeksiya işlərinin aparılması üçün ilin əvvəlində müqavilə bağlayır, bizim mərkəz proflaktik məqsədlərlə həmin yerlərdə dezinfeksiya işləri aparır”.

A.Məmmədov onu da bildirib ki, “JEK”lərin xidmət göstərdiyi binaların zirzəmilərində və s. dezinfeksiya işləri aparılsa da, kooperativ binalarında bu prosesi həyata keçirmək üçün onlar müqavilə bağlamaq üçün müraciət etməlidirlər.    

 

# 3347
avatar

Aygün İbrahimli

Oxşar yazılar