Azərbaycanda növbəti silahlı insident: qonşusunu...   - YENİLƏNİB
28 fevral 2020 11:24 (UTC +04:00)

Azərbaycanda növbəti silahlı insident: qonşusunu... - YENİLƏNİB

Oğuzda qonşusunu güllələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qurupundan APA-nın yerli bürosuna verilən məlumata görə, qonşusunu öldürməkdə şübhəli bilinən Zərqəm Məsimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ondan cinayətdə istifadə etdiyi “Tula” markalı tüfəng götürülüb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

***

10:11

Oğuzda güllələnərək öldürülən şəxsin adı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, araşdırmalar nəticəsində güllələnərək öldürülən şəxsin rayonun Kərimli kənd sakini, 55 yaşlı Elşən Füruddin oğlu Abdullayev olması müəyyən edilib. Onu qonşusu Məsumov Zərgəm Məmməd oğlu ov tüfəngi ilə güllələyib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

***

10:04

Oğuzda silahlı insident baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Kərimli kəndində qeydə alınıb. Güllələnən şəxs hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

nsidentin təffəruatları və güllələnənin şəxsiyyəti hələlik məlum deyil.

# 2064
avatar

Oxşar yazılar