1814
12:58
27 Fevral 2020

Təhsil Nazirliyi odun alır - 294 992 manata

Azərbaycan Təhsil Nazirliyi odun yanacağının alınmasına 294 992,83 manat xərcləyəcək.

"APA-Economics"in Tender Komissiyasına istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyi 26 fevral tarixində odun yanacağının satın alınmasına dair açıq tender üsulu ilə müsabiqə keçirib. Tender Komissiyasının qərarına əsasən, "Təchizat-ra" MMC "Odun yanacağının satın alınması" lotu üzrə qalib elan olunub. Şirkətlə 294 992,83 manat məbləğində müqavilə imzalanıb.