Çində koronavirus qurbanlarının sayı 2744 nəfərə çatıb
27 fevral 2020 08:27 (UTC +04:00)

Çində koronavirus qurbanlarının sayı 2744 nəfərə çatıb

 

Çində koronavirus qurbanlarının sayı yenidən artaraq 2744 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Məlumata görə, 32,4 min insan sağalaraq xəstəxanaları tərk edib. Pnevmoniyanın başlamasından bəri 78,4 mindən çox insan virusun daşıyıcısına çevrilib.

Son rəsmi məlumatlara görə, ölkədə virusa yoluxmuş insanlarla sıx əlaqədə olan 71,5 mindən çox insan həkimlərin nəzarəti altındadır.

# 920
avatar

Oxşar yazılar