“Daha çox işləməli, boş zona yaratmalıyam” – Qrizmann
26 fevral 2020 12:11 (UTC +04:00)

“Daha çox işləməli, boş zona yaratmalıyam” – Qrizmann

 

“Barselona”nın futbolçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə heç-heçə (1:1) nəticələnən ilk oyunu haqda danışıb. 

Lent.az-ın məlumatına görə, fransalı hücumçu meydana qələbə üçün çıxdıqlarını bildirib.

“İtaliyaya qalibiyyət dalınca gəlmişdik, ancaq alınmadı. Oyunun ilk yarısı bizim üçün daha çətin keçdi, qapıya zərbə vurmaqda çətinlik çəkirdik. İkinci hissədə rəqib yoruldu və bunun sayəsində qol epizodları yaratmağa başladıq. Öz üzərimdə daha çox işləməli, meydanda boş zona yaratmalıyam. Fasiləyə qədər bu tapşırığın öhdəsindən gələ bilməsəm də, ikinci yarıda oyunumu düzəltdim”, - Qrizmann bildirib.

Fransa yığmasının üzvü Barselonada keçiriləcək cavab matçına da toxunub: “Həmin görüş tamamilə fərqli olacaq. Topa daha çox nəzarət edəcəyik. Öz meydanımızda qalib gəlməyə borcluyuq”.

Qeyd edək ki, Neapoldakı qarşılaşmada “Barselona”nın qolunun müəllifi məhz Antuan Qrizmann olub.

# 1569
avatar

Rizvan Babayev

Oxşar yazılar