Keçmiş məhkum aptekdən oğurluq etdi
26 fevral 2020 11:59 (UTC +04:00)

Keçmiş məhkum aptekdən oğurluq etdi

Bakıda aptekdən 2 min manatlıqlıq soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki apteklərin birindən soyğunçuluq yolu ilə 2000 manat aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Yasamal rayonu ərazisindəki digər bir aptekdən 2000 manat oğurlaması da müəyyən edilib.

# 825
avatar

Mehman Nəbiyev

Oxşar yazılar