Bakıda çoxmərtəbəli binada yanğın baş verib - FOTO - VİDEO - YENİLƏNİB
26 fevral 2020 01:13 (UTC +04:00)

Bakıda çoxmərtəbəli binada yanğın baş verib - FOTO - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 155 m² olan 3 otaqlı mənzilin eyvanında plastik üzlükdən ibarət  dolab  və içərisinə yığılan əşyalar 1 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

 

***

21:30

Bakının Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Gülarə Qədirbəyova küçəsi 8 ünvanında baş verib.

18 mərtəbəli binanın 4-cü mərtəbəsində eyvanda alov başlayıb. Evdə heç kim olmadığından əraziyə cəlb edilən FHN əməkdaşları xüsusi texnika ilə eyvana daxil olub. Alovun qarşısı alınıb.

Hazırda ərazidə FHN-in 4 texnikası və canlı briqadası yanğının səbəblərini araşdırır.

# 1574
avatar

Oxşar yazılar