Külək bölgələrdə problem yaratdı: qaz təchizatı dayandırıldı
25 fevral 2020 15:51 (UTC +04:00)

Külək bölgələrdə problem yaratdı: qaz təchizatı dayandırıldı

Güclü külək bölgələrdə problemlərə səbəb olub.

"Azəriqaz” İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, bu gün günorta saatlarında Gəncə şəhəri, T.Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub. Bu zaman binanın qarşısından keçən diametri 100 millimetr olan qaz xətti də yararsız hala düşüb. Hazırda binanın cəmi 10 abonentinin təhlükəsizlik baxımından qaz təchizatı dayandırılıb.

Samux rayonu, Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib. Təhlükəsizlik tədbiri olaraq dərhal həmin evlərin qaz təchizatı müvəqqəti dayandırılıb. Bərpa işlərinə başlanılıb.

# 860
avatar

Oxşar yazılar