Tehrandan İstanbula gedən təyyarə koronavirusa görə Ankarada endi
25 fevral 2020 14:54 (UTC +04:00)

Tehrandan İstanbula gedən təyyarə koronavirusa görə Ankarada endi

İranın Tehran şəhərindən İstanbula uçan təyyarə koronavirus şübhəsiylə Ankaranın Esenboğa Hava Limanına eniş edib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan 132 sərnişindən 17-də koronavirusun ola biləcəyi ehtimalıdır.

Türkiyə Səhiyyə Nazirliyinin nəzarəti ilə Ankara səhiyyə  qrupları tərəfindən sərnişinlərin təyyarədə müayinəsi aparılıb.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca İrandan Türkiyəyə gələn 132 sərnişinin və təyyarənin ekipajının 14 gün karantində saxlanacağını açıqlayıb.

 

 

 

 

 

 

 

# 1031
avatar

Aygün İbrahimli

Oxşar yazılar