Bakıda evdən qadın meyiti tapıldı
25 fevral 2020 13:48 (UTC +04:00)

Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdə qadın meyiti tapılıb.

Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 63 yaşlı Xozeykova Larisa Yuriyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 924
avatar

Mehman Nəbiyev

Oxşar yazılar