Saxlanılan jurnalist barəsində həbs qətimkan tədbiri seçildi
25 fevral 2020 11:04 (UTC +04:00)

Saxlanılan jurnalist barəsində həbs qətimkan tədbiri seçildi

Hacıqabulda hədə-qorxu ilə pul tələb etdiyi üçün saxlanılan jurnalist məhkəmə qarşısına çıxarılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Məhkəməsi ayrı-ayrı vətəndaşların şikayəti əsasında tutulan “dogruxeber.com” saytının əməkdaşı İlham Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.  

Qeyd edək ki, Hacıqabul polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan hədə qorxu ilə pul tələb edən Şirvan sakini, 62 yaşlı İlham Rəsul oğlu Həsənov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, “dogruxeber.com” saytının əməkdaşı İ.Həsənov vətəndaşları şantaj edib və onlardan böyük məbləğdə pul tələb edib.

# 910
avatar

Oxşar yazılar