İki maşın toqquşdu: ölən var
24 fevral 2020 13:11 (UTC +04:00)

İki maşın toqquşdu: ölən var

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 22-də saat 17 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndi ərazisində kənd sakini Taleh Rəsulovun idarə etdiyi “VAZ-21015” avtomobillə Arıqdam kənd sakini A.Qarayevin idarə etdiyi “KamAZ” markalı avtomobil toqquşub. 

Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Rəsulov orada ölüb.

# 1131
avatar

Oxşar yazılar