Martın 1-də buraxılış imtahanının birinci mərhələsi keçiriləcək
24 fevral 2020 12:16 (UTC +04:00)

Martın 1-də buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Martın 1-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər verilən keçiddən (https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46) istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

 

 

 

# 884
avatar

Aygün İbrahimli

Oxşar yazılar