83 yaşlı kişi arvadına çoxsaylı bıçaq xəsarətləri yetirdi - Bakıda
24 fevral 2020 09:44 (UTC +04:00)

83 yaşlı kişi arvadına çoxsaylı bıçaq xəsarətləri yetirdi - Bakıda

Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Q. Şərq küçəsində qeydə alınıb.

Şəhər sakini, 1937-cü il təvəllüdlü H. Hacıyev həyat yoldaşı, 1945-ci il təvəllüdlü S. Hacıyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən H. Hacıyev saxlanılıb, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. 

# 1094
avatar

Oxşar yazılar