MSK Əli Əliyevin şikayətini təmin etməyib
22 fevral 2020 19:12 (UTC +04:00)

MSK Əli Əliyevin şikayətini təmin etməyib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin səlahiyyətli nümayəndəsi Əliyar Şirməmmədovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, müraciətdə səsvermə günü müşahidəyə şərait yaradılmaması və digər pozuntulara yol verildiyi iddia olunub. MSK təqdim edilən 84 videogörüntünü araşdırıb və iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməyib. MSK 

müvafiq dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb və müraciət təmin edilməyib. 

# 1394
avatar

Oxşar yazılar