3107
16:24
22 Fevral 2020

“Maqomayev” serialının ilk treyleri yayıldı - VİDEO

Sosial şəbəkələrdə əfsanəvi müğənni Müslim Maqomayevdən bəhs edən “Maqomayev” serialının ilk treyleri yayılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, serialda sovet mahnılarının təməl daşları, Müslim Maqomayevin üslub və peşəkarlıq meyarlarından bəhs olunur.
Serialda lentə alınan hadisələr altmışıncı illərdə baş verir. Maqomayev konsert proqramının yazıdırır və müğənni Tamara Sinyavskaya ilə tanış olur. Onların arasında məhəbbət qığılcımı yaranır.

Serialda baş rolu Miloş Bikoviç oynayır. Çəkilişlər Bakıda və Moskvada aparılıb.
Serialın ekranlarda nə vaxt nümayiş olunacağı haqda hələ ki məlumat verilmir.