722
13:49
21 Fevral 2020

Bakının mərkəzində avtomobil piyadanı vurub öldürdü

Bakıda piyada ölümü ilə nəticələnən qəza baş verib.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə fevralın 20-də saat 7 radələrində Səbail rayonunun Neftçilər prospektində baş verib. Bakı şəhər sakini N.Atabalayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Nərminə Mahmudovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.