648
18:33
20 Fevral 2020

Bir məntəqədə də seçkinin nəticələri ləğv olundu - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 107 saylı Qazax Seçki Dairəsindən namizədliyi qeydə alınan Ramin Göyüşovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, iddiaçı 12 məntəqə üzrə 20 videogörüntü, aktlar və digər sənədlərin surətlərini təqdim edib: “Həm sosial şəbəkələrdə, həm də təqdim edilən videogörüntüləri tək-tək araşdırmışam. Təqdim edilən videogörüntülərdə iddiaçının dediyi qanun pozuntuları 2 saylı seçki məntəqəsində əksini tapıb”.

MSK şikayəti müzakirəyə çıxarıb və yuxarıdakı seçki məntəqəsində nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edilməklə, şikayət qismən təmin edilib.

16.16

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.