1216
14:18
20 Fevral 2020

Bakıda məktəblər, bağçalar və məscidlər dezinfeksiya olunur

Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb.

Bu barədə APA -ya eksklüziv açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib.

İndiyə qədər 27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb. Dezinfeksiya işləri hazırda davam edir.

A. Məmmədov deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır.