“O, müasir futbolun gələcəyidir” - Ronaldo
20 fevral 2020 12:42 (UTC +04:00)

“O, müasir futbolun gələcəyidir” - Ronaldo

 

“Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo maraqlı açıqlama verib. 

Lent.az-ın məlumatına görə, portuqaliyalı superulduz müasir futbolda bəyəndiyi və böyük gələcəyinin olduğuna inandığı oyunçunun adını açıqlayıb.

“Təbii ki, bu, Kiliandır. Mbappe müasir futbolun gələcəyidir. O, fantastik oyunçudur, çox sürətlidir. Növbəti illərdə də ancaq inkişaf edəcək, geriləməyəcək”, - deyə Ronaldo “Marca”ya açıqlamasında bildirib.

Qeyd edək ki, 21 yaşlı Kilian Mbappe 2017-ci ildən PSJ-nin formasını geyinir. O, Paris klubunun heyətində bu vaxtadək 116 oyunda 84 qola imza atıb.

# 4290
avatar

Rizvan Babayev

Oxşar yazılar