“Nə baş məşqçini, nə də futbolçuları mən seçirəm” - Lionel Messi
20 fevral 2020 12:28 (UTC +04:00)

“Nə baş məşqçini, nə də futbolçuları mən seçirəm” - Lionel Messi

 


Argentina yığmasının və “Barselona”nın futbolçusu Lionel Messi maraqlı açıqlama verib. 

Lent.az-ın məlumatına görə, 32 yaşlı hücumçu istər klubda, istərsə də millidə kadr təyinatlarına təsir etmədiyini bildirib.

Messi “El Mundo Deportivo”ya açıqlamasında deyib ki, nə “Barselona”da, nə də Argentina yığmasında baş məşqçinin heyəti qurmasına qarışır: “Bu söhbət bir müddət öncə Argentina yığmasına da şamil edilirdi. Deyirdilər ki, guya milliyə təyin olunan məşqçiləri və heyətdə yer alan futbolçuları mən seçirəm. Yeganə fakt budur ki, yığmada xeyli vaxt keçirmişəm və milli haqqında çox şey bilirəm. Eyni sözlər “Barselona”ya da aiddir. Qaldı ki digər məsələlərə, mən heç kimə heç nə demirəm. Ancaq öz fikirlərim var, hansı ki, klub rəhbərliyi çox vaxt bununla razılaşmır”.

Qeyd edək ki, L.Messi 2004-cü ildən əsas komandasında oynadığı “Barselona”da bu vaxta qədər 714 oyunda 622 qol vurub. 2005-ci ildən şərəfini qoruduğu Argentina yığmasında isə 138 matçda 70 dəfə fərqlənib.

# 2196
avatar

Rizvan Babayev

Oxşar yazılar