Almaniyada türklərin kafesinə silahlı hücum: ölənlər var  - VİDEO
20 fevral 2020 10:51 (UTC +04:00)

Almaniyada türklərin kafesinə silahlı hücum: ölənlər var - VİDEO

Ötən gecə Almaniyanın Frankfurt şəhərinin yaxınlığındakı Hanau qəsəbəsində iki ayrı kafeyə silahlı hücum olub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı hücum nəticəsində 11 nəfər ölüb.

Hədəf alınan kafelərdən birinin türklərə aid olduğu və ölənlərdən beş nəfərin türk olduğu iddialar arasındadır.

Almaniya polisi hadisə ilə əlaqəsi olan bir nəfəri saxlayıb.

Yerli media isə hücumda şübhəli bilinən digər şəxsin  evində ölü tapıldığını yazıb.

Hücumun terror hadisəsi olub-olmadığı araşdırılır.

 

# 1936
avatar

Aygün İbrahimli

Oxşar yazılar