3827
19:49
19 Fevral 2020

Sadə "pryanik" necə hazırlanır – Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bizim mətbəx” adlı səhifəyə istinadla "pryanik"in necə hazırlanması ilə tanış edəcəyik.

Lazım olan ərzaqlar:

400 qram xama

2 yumurtanın sarısı

1 stəkan şəkər tozu

2 paket qabardıcı

2 xörək qaşığı duru yağ

Vanil

1 çimdik duz

Apardığı qədər un (xəmir bərk olmamalıdır)

Hazırlanması:

Ərzaqların hamsını qarışdırın. Yumşaq xəmir yoğurun. Xəmirdən balaca kündələr düzəldin. 180-200 dərəcə isinmiş sobada qızarana qədər bişirin.

2 yumurtanın ağını 250 qram şəkər pudrası ilə çalın.

Alınmış qlazuru "pryanik"lərin üzərinə səpin. Şirniyyatımız hazırdır.

Nuş olsun!