İbrahimoviçin yerinə Messi
19 fevral 2020 14:19 (UTC +04:00)

İbrahimoviçin yerinə Messi

 

“Barselona”nın kapitanı Lionel Messiyə “Mançester Siti”dən sonra daha bir klub müştəri çıxıb. 

Lent.az-ın məlumatına görə, “Los-Anceles Qalaksi” də argentinalı futbolçunu heyətinə qatmaq istəyir.

ABŞ təmsilçisi Zlatan İbrahimoviçin gedişindən sonra yeni superulduzla güclənmək niyyətindədir. Klub rəhbərliyi Messinin son vaxtlar klubu ilə narazılıq yaşamasından istifadə etmək fikrindədir. Hərəkətə keçən “Los-Anceles Qalaksi” Leoya təklif hazırlayır. 

Qeyd edək ki, Messi peşəkar karyerası ərzində bu vaxta qədər ancaq “Barselona”nın formasını geyinib. O, La Liqanın cari mövsümündə 19 oyunda 14 qol vurub.

 

 

# 5685
avatar

Rizvan Babayev

Oxşar yazılar