Dünən Bakıda itkin düşən 2 nəfər tapıldı
19 fevral 2020 09:36 (UTC +04:00)

Dünən Bakıda itkin düşən 2 nəfər tapıldı

Dünən Bakı polisi 28 cinayətin üstünü açıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, onlardan 10-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 3, quldurluq üzrə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 16 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

# 777
avatar

Mehman Nəbiyev

Oxşar yazılar