1087
16:00
18 Fevral 2020

Bölgələr üzrə buraxılış imtahanlarının tarixləri açıqlandı


Buraxılış imtahanlarının əvvəlcədən elan edilmiş tarixlərə uyğun olaraq şəhər və rayonlar üzrə keçirilmə qrafiki, eləcə də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək digər tədbirlərin tarixləri müəyyən olunub.

DİM-dən APA -ya verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək imtahanların tarixləri yanvar ayında elan edilib. Artıq Mərkəz tərəfindən həyata keçiriləcək digər tədbirlərin (ali və orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu və s.) qrafiki də saytın “Təqvim” bölməsinə əlavə edilib. Axtarış sistemində lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixləri əldə etmək mümkündür.

Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları isə şəhər və rayonlar üzrə aşağıdakı qrafikə uyğun keçiriləcək.