Bu ərazidə torpaqların 97 faizdən çoxu yararsız hala düşüb
18 fevral 2020 11:27 (UTC +04:00)

Bu ərazidə torpaqların 97 faizdən çoxu yararsız hala düşüb

“Təbii amillərlə yanaşı, örüş və otlaq sahələrinin azalması, əraziyə düşən yüklənmənin çoxalması, yay mövsümündə ot örtüyünün yandırılması, torpaqların suvarılması zamanı mütərəqqi texnoloji üsullardan istifadə edilməməsi kimi antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqları deqradasiyaya məruz qoyub”.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Lent.az-a verilən məlumata görə, bu barədə AMEA Coğrafiya İnstitutunda "Samur-Abşeron arası düzən torpaqlarının müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları" adlı tədbirdə şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev bildirib.

Alim diqqətə çatdırıb ki, ətraf torpaq sahələrinin qum tufanlarından və eroziyadan mühafizəsi üçün mübarizə tədbirlərinin görülməməsi, neft hasilatı, daş karxanaları, sənaye-seliteb komplekslər, yol-nəqliyyat şəbəkəsinin genişlənməsi də sözügedən problemi yaradıb.

Tədqiqatlar nəticəsində cədvəllər, sxem və xəritələr əsasında ərazinin bitki örtüyünün, su və külək eroziyasının, əhalinin sıxlığının müəyyənləşdirildiyini deyən İ.Quliyev bioiqlim rayonlaşma, texnogen və antropogen amillərə görə torpaqların deqradasiyasının qiymətləndildiyini vurğulayıb.

Onun sözlərinə görə, Samur-Abşeron arası düzən torpaqların 250,5 hektarı (ümumi ərazinin 61,4 %-i) şiddətli və çox şiddətli, 129,6 hektarı (ümumi ərazinin 31,3 %-i) mülayim, 20,911 hektarı isə (ümumi ərazinin 4,8 %-i) zəif deqradasiya olmaqla, ümumilikdə torpaq örtüyünün 97,5 faizi müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb.

 

 

# 1414
avatar

Aygün İbrahimli

Oxşar yazılar