İki avtomobil toqquşdu, xəsarət alanlar var
18 fevral 2020 11:13 (UTC +04:00)

İki avtomobil toqquşdu, xəsarət alanlar var


Mingəçevirdə yol qəzası baş verib.   

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “Niva” və “Chery” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər – 1999-cu il təvəllüdlü Fərhad Verdiyev və 1967-ci il təvəllüdlü Vidadi Mikayılov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

# 814
avatar

Oxşar yazılar