1397
05:11
16 Fevral 2020

Münhendə 5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib


56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Kanada, Əfqanıstan, İngiltərə, İsveç və Ukrayna xarici işlər nazirləri İrandan yanvarın 8-də Tehran üzərində səhvən vurduğu Ukraynaya məxsus təyyarədə həlak olan sərnişinlərin ailələrinə dərhal təzminat ödəməyi tələb ediblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Münhendə jurnalistlərə Kanadanın xarici işlər naziri Fransua-Filip Şampan açıqlama verib.

“İranın beynəlxalq standartlara uyğun olaraq təcili olaraq faciə qurbanlarının ailələrinə təzminat ödəməsini israr edirik”, - deyən nazir bildirib ki, kompensasiyanın miqdarı hüququ olan hər kəs üçün eyni olmalıdır və ödəniş prosesi ən qısa zamanda başlamalıdır.

Beş ölkənin xarici işlər nazirlərinin iranlı həmkarları Məhəmməd Cavad Zəriflə görüşdüyünü və bu tələblərin ona təqdim edildiyini vurğulayan Şampan əlavə edib ki, İranı ifadələri ilə deyil, hərəkətləri ilə mühakimə edəcəyik.

Dİgər xəbərlər