5062
14:34
14 Fevral 2020

Gənc oğlan özünü asdı: son anda...

İsmayıllı rayonunda intihara cəhd baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Təzəkənd kənd sakini, 18 yaşlı Seyidov Babək İbadulla oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asıb.

Ailə üzvləri hadisədən tez xəbər tutduğu üçün onu ölümdən son anda xilas ediblər.

Gənc təcili İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu araşdırma aparılır.