654
12:06
12 Fevral 2020

Dəmiryolu vağzalının qarşısında ölüm - Sumqayıtda


Sumqayıtda ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassı küçəsində, Sumqayıt Dəmiryolu vağzalının qarşısında qeydə alınıb. Şəhər sakini, 1959-cu il təvəllüdlü Dağbəyi Cəfərov qəfildən yıxılaraq ölüb. İlkin ehtimala görə, o, ürəktutmasından dünyasını dəyişib. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.