809
23:04
11 Fevral 2020

Koronavirusun rəsmi adı açıqlandı: COVID-19

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Çində meydana gələn yeni koronavirusa rəsmi ad verildiyini bəyan edib.

APA-nın xəbərinə görə, onun açıqlamasında deyilir:

"ÜST BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı arasında qəbul edilmiş qaydalara uyğun olaraq coğrafi məkan, heyvan, insan və ya insan qruplarına aid olmayan, asan tələffüz olunan və xəstəliklə əlaqəli bir ad tapmalıydıq.

Xəstəliyə ad verilməsi qeyri-dəqiq adların istifadəsinin və stiqmaların qarşısının alınması üçün vacibdir. Bu ad həmçinin bizə gələcəkdə bütün koronavirus epidemiyaları üçün vahid bir formadan istifadəyə imkan yaradacaq".

Qeyd edək ki, koronavirusun rəsmi adının mənası bu anlama gəlir: "CO" koronavirus, "VI" virus, "D" xəstəlik (disease), "19" isə virusun 2019-cu ildə aşkar olunduğunu bildirir.