Qafqaz Müsəlmanları İdarəsində avropalı jurnalistlərlə görüş keçirildi
10 fevral 2020 16:38 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsində avropalı jurnalistlərlə görüş keçirildi

Fevralın 10-da Qafqaz Müsəlmanları İdarəsində ölkəmizə gələn bir qrup Avropalı jurnalistlə görüş keçirilib.

Lent.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə müavini Qəmər xanım Cavadlı dini mərkəz olaraq QMİ-nin tarixi, keçdiyi mürəkkəb və şərəfli yoldan danışıb, dini təhsil sahəsində gördüyü işlər, yeni yaradılan kolleclərin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.

QMİ-nin sədr müavini Fuad Nurullayev digər dinlər və konfessiyalarla birgə həyata keçirilən tədbirlərdən danışıb, dini radikalizmə qarşı aparılan işlərdən söhbət açıb.

QMİ-nin Aparat rəhbəri Simran Həsənov bildirdi ki, Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədə qurulub, hüquq və azadlılar təmin edilib. “Dini etiqad azadlığı haqqında” Qanun və digər hüquqi aktlar dünya standartlarına cavab verir. Ölkəmizdə dini tolerantlığın və multikulturalizmin nümunəvi bir modeli formalaşıb. Aparat rəhbəri qonaqları QMİ-nin təşəbbüsü ilə son illər dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq konfrans və forumlar, həmçinin ötən il Bakıda keçirilən Dünya Dini Liderlərinin II Zirvə Toplantısı barədə də geniş məlumatlandırıb.   

İtaliyanın gündəlik “II Sole 24” nəşrinin Avropa, Orta Şərq və Asiya üzrə müxbiri Roberto Bongiorni, “EU Observer” xəbər platformasının əməkdaşı Pieter Cleppe, “EU Today” nəşrinin məsul redaktoru Qary Cartvright, “Dialogue for Europe” təşkilatının rəhbəri, siyasi məsləhətçi və kommunikasiya məsələləri üzrə tanınmış mütəxəssis Elli Hadzhieva Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirdilər, ölkəmizdə bu sahədə görülən işlər barədə Avropalı oxuculara dolğun və obyektiv məlumat verəcəklərini bildirdilər.
 

# 1735
avatar

Oxşar yazılar