247
12:05
09 Fevral 2020

ATƏT nümayəndəsi: "Müşahidələrlə bağlı ilkin hesabat sabah təqdim olunacaq"


"İlkin təəssüratlarım budur ki, biz seçki məntəqlərində yaxşı qarşılandıq. Biz məcburi köçkünlər üçün təşkil olunan səsvermə məntəqələrində olduq. Burada müstəqil müşahidəçilər, namizədlərin müşahidəçiləri öz müşahidələrini aparırlar".

APA-nın xəbərinə görə, bunu ATƏT PA-nın xüsusi nümayəndəsi Andreas Notelle deyib.

Xüsusi nümayəndə bildirib ki, səhər seçki başlayandan 6 seçki məntəqəsində olub: "Bu gün digər müşahidə missiyalarının nümayəndələri ilə müzakirələr aparacağıq. Həmçinin Mərkəzi Seçki Komissiyasının müşahidəçiləri ilə görüşümüz gözlənilir".