312
12:02
09 Fevral 2020

Yasamalda seçici fəallığı müşahidə olunur

16 saylı Yasamal 2-ci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə davam edir.

APA-nın xəbərinə görə, məntəqə siyahısında 1155 seçici qeydiyyatdadır. Məntəqə sədri Gülər Əliyeva bildirib ki, səhər saatlarından seçici fəallığı müşahidə olunur: "Məntəqə seçicilərindən olan Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azər Paşa Nemətov ilk səs verənlərdən oldu. Məntəqədə 21 nəfər yerli müşahidəçi prosesi izləyir. Səhər saatlarında 3 nəfər beynəlxalq müşahidəçi də məntəqədə olub”.

Qeyd edək ki, məntəqədə “Rəy” Monitorinq Mərkəzi tərəfindən “Exit poll” keçirilir.