566
09:40
06 Fevral 2020

17 yaşlı sürücü ağır qəza törətdi

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gün saat 21:45 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonundan keçən ərazisində qeydə alınıb. Qəbələ rayon, Vəndam qəsəbə sakini, 2003-cü il təvəllüdlü Lətifli Ramin Asəf oğlu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə İsmayıllı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarında olan ağaca çırpıb.

Nəticədə sürücü R. Lətifli aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə olan sərnişin, Qəbələ rayon Vəndam qəsəbə sakini, 2001-ci il təvəllüdlü Xəlilov Şəhriyar Mübariz oğlu müxtəlif bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.