09:02
06 Fevral 2020

“Buta Airways” İstanbula olan reysinin istiqamətini dəyişdirəcək

Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul hava limanına aparılacaqlar.

“Buta Airways”-dan “APA-Economics”ə verilən məlumata görə, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər İstanbulun yeni hava limanına avtobuslar vasitəsilə çatdırılacaqlar.

Qeyd edək ki, fevralın 5-də İstanbulun Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində qəza baş verib. Nəticədə 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.

Dİgər xəbərlər