2112
12:29
03 Fevral 2020

“YARAT”da böyüklər üçün ustad dərsi olacaq

Fevralın 5-də “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək.

“YARAT”dan Lent.az -a bildirilib ki, “Özünü kəşf et” yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar özlərini tamamilə yaradıcılığa həsr edə biləcək. Budəfəki dərslərdə iştirakçılar “rənglər vasitəsi ilə özünü necə ifadə etmək olar?” sualına cavab tapmağa çalışacaqlar.

Bütün ləvazimatlar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyi tərəfindən qarşılanacaq.

Qeyd edək ki, dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri hər çərşənbə, 19:00-21:00 saatlarında keçirilir.