1026
20:25
31 Yanvar 2020

Azay Quliyev 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsinin seçiciləri ilə görüşüb - FOTO

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə görüş keçirib.

Azay Quliyevi alqışlarla qarşılayan seçicilər onun deputat kimi fəaliyyətindən razı olduqlarını deyiblər. Seçicilər ötən 4 ildə Milli Məclisdə onları layiqli şəkildə təmsil edən Azay Quliyevə məmuniyyətlə yenidən səs verəcəklərini bildiriblər.

Görüşdə çıxış edən Azay Quliyev seçicilərinin müraciətlərini hər zaman diqqətdə saxladığını deyərək ötən 4 ildəki deputat fəaliyyətinin yerli və beynəlxalq aspektləri barədə danışıb. Azay Quliyev Azərbaycanda ilk dəfə 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadə etdiyi innovativ yenilik olan seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti və vətəndaşlar üçün yaratdığı üstünlüklər haqqında da ətraflı məlumat verib.

Daha sonra Azay Quliyev seçicilərin Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə müdafiəsi ilə gördüyü işlər haqqında suallarını cavablandıraraq vitse-prezidenti olduğu ATƏT Parlament Assambleyasındakı fəaliyyətindən danışıb. Azay Quliyev müəllifi olduğu Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistanın işğalçılıq siyasətinin ifşasına həsr olunan ATƏT PA-nın qətnamələri barədə də seçicilərinə məlumat verib. Azay Quliyev dövlətimizin beynəlxalq təşkilatlarda Qarabağın Ermənistanın işğalından azad olunması üçün gördüyü işlərin böyük əhəmiyyətə malik olduğunu deyib.

Seçicilərin müxtəlif mövzularla bağlı müraciətlərini dinləyən Azay Quliyev onların həlli üçün müvafiq addımlar atacağını bildirib.

Azərbaycan- Rumıniya parlamentlərarası dostluq qrupunun rəhbəri Azay Quliyev 8-ci mikrorayonda müasir rumın milli bəstəkarlıq məktəbinin banisi Corce Eneskunun şərəfinə ucaldılan abidənin önünə gül dəstələri qoyub.