827
17:43
31 Yanvar 2020

Türkiyədə 239 bina uçurulacaq

Türkiyənin zəlzələ baş verən Elaziğ və Malatya vilayətlərində 239 bina təcili söküləcək.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlamanı ölkənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum verib.

Nazir Elazığın Sürsürü məhəlləsində zəlzələdən zərər gördüyü üçün sökülməsinə qərar verilən binalarla bağlı araşdırma aparıb.

O, Elazığ və Malatyada ümumillikdə 573 binanın uçduğunu deyib.

Nazir Elazığda 70 binanın tamamilə dağıldığını, 1554-nün güclü zərər gördüyünü deyib: “1135 orta səviyyədə zərər görən bina var. Elazığda 219 bina təcili söküləcək. Malatyada isə 503 bina uçub. 4474 bina güclü ziyan görürüb. 20 bina isə təcili sökülməlidir”.