Qalib ssenarilərə filmlər çəkiləcək
31 yanvar 2020 14:14 (UTC +04:00)

Qalib ssenarilərə filmlər çəkiləcək

Azərbaycan Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə 2019-cu il noyabr ayının 1-dən Mədəniyyət Nazirliyi bədii və animasiya filmi ssenariləri müsabiqəsi elan edib.

Lent.az xəbər verir ki, bu gün seçilmiş işlər elan edilib.

Tammetrajlı bədii

“Olimpiya” – Rüstəm Babazadə

“Zamandan kənarda” – Yavər Rzayev

 “Ata” – Fariz Əhmədov, Esmira Əyyub

“Bağlı otaq” – Ramiz Fətəliyev, Yavər Rzayev

Qısametrajlı bədii

“Borc” – Ülviyyə Heydərova

“Snayper” – Əyyub Qiyas

“Buludlar” – Behzad Əhmədov

“Yonca tarlası” – Bəhruz Mustafayev

Animasiya

“Tıq-tıq və dostları möcüzələr axtarışında - 2” – Sultan Abbasbəyli

“Dostum Mimi” – Reyhan Yusifqızı

“Sehrli planşet” – Vüqar Haqverdiyev

Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.

 

# 2533
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar