Ziya Bünyadov prospektində baş vermiş avtoqəza tıxaca səbəb olub - FOTO - VİDEO
29 yanvar 2020 23:50 (UTC +04:00)

Ziya Bünyadov prospektində baş vermiş avtoqəza tıxaca səbəb olub - FOTO - VİDEO

 

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Hadisə zamanı "VAZ 2103" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Yol qəzasından sonra prospektdə güclü tıxac yaranıb. Əraziyə YPX müfəttişləri cəlb olunub və yolda hərəkətin bərpası üçün tədbirlər görülüb.

# 2091
avatar

Oxşar yazılar