Bakıda sürücüləri tələyə salan qadın saxlanılıb – BŞBPİ
29 yanvar 2020 22:35 (UTC +04:00)

Bakıda sürücüləri tələyə salan qadın saxlanılıb – BŞBPİ

 

Bakının Suraxanı rayonunda avtomobil yolunun kənarında dayanan qadının şəxsiyyəti müəyyən olaraq, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, BŞBPİ və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə qadının hərkətlərində inzibati xətanın tərkib əlamətləri müəyyən olunub.

43 yaşlı şəxslə profilaktiki söhbətlər aparılıb, əməlinin hüquqazidd olması ona izah olunmaqla, barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Suraxanı rayonunda naməlum qadının yolun kənarında durub sürücülərin hərəkətinə mane olması ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb. Belə ki, həmin qadının avtomobilə mindikdən sonra sürücüdən 50 manat pul tələb etməsi, əks halda özünü doğrayacağını deməsi bildirilir.

# 3919
avatar

Oxşar yazılar