
Azərbaycan aliminin yeni ixtirası ABŞ-da patent aldı
Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayevin ixtirası Amerika Birləşmiş Ştatlarında (ABŞ) patent alıb.
Universitetdən Lent.az-a verilən məlumata görə, alimin “Əvəzedicilərin elektrokimyəvi reduksiyası üçün metodlar və sistemlər” adlı ixtirasına yanvarın 9 da ABŞ-ın Patent və Əmtəə Nişanları Ofisi tərəfindən US 2020/0010964A1 nömrəli patent verilib.
Yeni ixtira karbon dioksidin elektrokimyəvi reduksiyasından bəhs edir. Karbon dioksidin tutulması və utilizasiyası ətraf mühit problemlərinin həlli ilə yanaşı, neft-kimya məhsullarının yeni üsulla alınmasına da imkan verir.
Qeyd edək ki, son zamanlar atmosferdə karbon dioksidin miqdarının artması bir sıra problemlərə, o cümlədən qlobal istiləşməyə səbəb olur. Bunun qarşısını almaq məqsədilə dünyanın bir çox ölkələrində dövlət proqramları həyata keçirilir.

Oxşar yazılar

Bu prokurorluq işçilərinin ailə üzvlərinə pul kompensasiyası ödəniləcək
21 yanvar 2021 , 19:58
Azərbaycana üç ölkədən bu məhsulların idxalı məhdudlaşdırıldı
21 yanvar 2021 , 19:10
Şuşadakı 81 illik sirr, dağılan tifaq, bəy qızının inadı - Lent.az-da ROMAN KİMİ YAZI - I HİSSƏ
21 yanvar 2021 , 17:11
KORONAVİRUS STATİSTİKASI: Azərbaycanda yoluxma azaldı
21 yanvar 2021 , 17:03
Məktəblilər üçün qış tətilinin vaxtı AÇIQLANDI
21 yanvar 2021 , 16:29
"Şagirdlərə ikinci şans veriləcək" - RƏSMİ
21 yanvar 2021 , 16:27
Füzulinin Dördçinar kəndi - VİDEO
21 yanvar 2021 , 16:21
"Süni qiymətləndirmə istəmirik" - Nazirlik rəsmisi
21 yanvar 2021 , 16:18