Tacirlə İlahə Fəda efirdə DAVA SALDI: "Başına oyun açaram" - VİDEO
27 yanvar 2020 13:16 (UTC +04:00)

Tacirlə İlahə Fəda efirdə DAVA SALDI: "Başına oyun açaram" - VİDEO

Müğənni Tacir Şahmalıoğlu ilə İlahə Fəda arasında olan qalmaqal yenidən alovlanıb.

Lent.az-ın məlumatına görə, T.Şahmalıoğlu “Ona qalsa” verilişində İ.Fəda haqqında tənqidi fikirlər səsləndirib:

"Mən 11 yaşımda bir əsər oxudum, hələ də sevilir. Üç-dörd filmdə çəkilmişəm. Oxuduğum da "Qızıl fond"dadır. İndiyə qədər də yazıb-yaradıram. Ona heç xanım da demirəm, o söz ona düşmür -  İlahə Fəda. Xalq üçün bunları etmişəm, sən nə etmisən?. Çıxıb efirdə kimin əqidəsindən danışır? Kim ona bu haqqı verib? Çıxıb Rövşanə Ağasəfqızının verilişində ağzına gələni deyib. İsti havada oğlumla girib suyun altına, video çəkmişəm. Deyir ki, kimə nəyi sübut edirsən? Mən kimliyimi sübut etmişəm. Amma, sən kimsən bilinmir.

Kimliyini sübut edərəm, amma heyf ki, ortada Fədayə Laçın var. Ondan keçə bilmirəm. Anası da gözəl xanımdır. Anası onun yanında danışmaqdan qorxur. Kimsən çıxıb tərbiyədən danışırsan?".

Tacirin bu sözlərini İlahə cavabsız qoymayıb. O, efirə zəng edərək deyib: "Qısa deyəcəm: İt hürər, karvan keçər. Bu qədər".

T.Şahmalıoğlu isə onun sözlərinə bu cür cavab verib:

"Düz deyirsən, adam tərbiyədən danışır. 10 milyon xalqın qarşısında bu sözdür danışırsan? Get, güzgünün qabağında dur, gör qadına oxşayırsan? Kim sənə bu haqqı verib ki, belə danışırsan? Kişiyəm, başına oyun açaram. Kişiliyimə yaraşmaz. Mənə ayıb olar, durub hansısa qadınla mübahisə edim. Onunla heç bir problemim, qəsdi-qərəzliyim yoxdur".

# 6148
avatar

Yalçın UĞUR

Oxşar yazılar