16 yaşlı keçmiş məhkum yenidən saxlanıldı - SƏBƏB
27 yanvar 2020 11:48 (UTC +04:00)

16 yaşlı keçmiş məhkum yenidən saxlanıldı - SƏBƏB

Paytaxtın Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, yanvarın 18-də rayonun Əcəmi Naxçıvani küçəsində yerləşən gözəllik salonundan qapını açmaqla 700 manat nağd pul oğurlanıb. Həmin günün sabahı isə eyni küçədə yerləşən “MedEra” hospitalının müalicə otağından qapını sındırmaqla 572 manat və mobil telefon oğurlanıb.

Hər iki faktla əlaqədar Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177 və 185-ci maddələri ilə məhkum olunmuş 16 yaşlı paytaxt sakini Ayxan Həsənov saxlanılıb.

# 1184
avatar

Mehman Nəbiyev

Oxşar yazılar