Zəlzələ zonasından təxliyyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya gətirilib - YENİLƏNİB
26 yanvar 2020 16:48 (UTC +04:00)

Zəlzələ zonasından təxliyyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya gətirilib - YENİLƏNİB

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyyə edilən azərbaycanlı tələbələr Naxçıvandan təyyarə ilə Bakıya gətirilib.

 

Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

 

Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportu enib.

Qeyd edək ki, təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya gətirilib. 

 

15:47

 

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyyə edilən azərbaycanlı tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salınıb.

 

Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

 

Təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya yola salınıb. 

 

14:02

 

Türkiyədə zəlzələ zonasında təhsil alan tələbələrimizin və digər Azərbaycan vətəndaşlarının təxliyyəsi başa çatıb.

Azərbaycanın Türkiyədəki Səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu gün zəlzələ zonası Elazığ və Malatyadan yola salınan üçüncü avtobus da artıq Sədərək gömrük-keçid məntəqəsindən Naxçıvana keçib.

Təxliyyə olunan vətəndaşlarımız Naxçıvana aeroportindan xüsusi təyyarə ilə Bakıya yola salınacaqlar.

Azərbaycanın Qars Baş Konsulluğunun dəstəyi ilə üç avtobusla göndərilən Azərbaycan vətəndaşları bu gün səhər saatlarında İğdırda qarşılanıb  və Naxçıvan sərhədinə yola salınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi ilə bağlı tapşırıq verib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla 20.55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatıb, tibbi yardım üçün 1607 nəfər müraciət edib. Xəstəxanalarda hazırda 104 yaralı var, onlardan 32-nin vəziyyəti ağırdır.

# 1376
avatar

Oxşar yazılar